Allahın 99 adı Allahın 99 adı
 
 


"Ən gözəl adlar Allaha məxsusdur. Ona görə də bu gözəl adlarla Ona xitab edərək dua edin..." (əl-Əraf, 7/180; bax. Taha, 20/8; əl-Həşr, 59/24)

"Allahın 99 adı var. Kim bu adları əzbərləsə, cənnətə girəcəkdir." (Buxari, Deavat, 68. VII, 169)

 
  Allahın 99 adı  
  1. ALLAH c.c. Özündə bütün isim və sifətləri toplayan.
  2. Ər-Rahman Mərhəmətli davranan və qoruyan.
  3. Ər-Rahim Rəhm edən, bağışlayan.
  4. Əl-Məlik Mülkün həqiqi sahibi, mülk və səltənəti davamlı olan.
  5. Əl-Quddus Hər cür qüsur və eyibdən uzaq olan.
  6. Əs-Səlam Bəndələrini firavanlığa çıxaran.
  7. Əl-Mumin Könüllərdə iman işığı oyandıran.
  8. Əl-Muhəymin Nəzarət edən və qoruyan
  9. Əl-Əziz Məğlub edilməsi əsla mümkün olmayan.
  10.  Əl-Cəbbar İstədiyini mütləq edən, dilədiyinə nail olan.
  11.  Əl-Mutəkəbbir Hər şeydə böyüklüyünü göstərən.
  12.  Əl-Xaliq Hər şeyi yoxdan var edən.
  13.  Əl-Bəri Hər şeyi uyğun bir tərzdə, bir birinə uyğun yaradan.
  14.  Əl-Musəvvir Hər şeyə bir forma və xüsusiyyət verib təsvir edən.
  15.  Əl-Qaffar Qullarının günahlarını örtən, günahlarını bağışlayan
  16.  Əl-Kəhhar Hər şeyə hər istədiyini edə biləcək şəkildə qalib və hakim olan.
  17.  Əl-Vahhab Həddindən çox bəxş edən.
  18.  Ər-Razzəq Bütün məxluqatın ruzisini verən və ehtiyacını qarşılayan.
  19.  Əl-Fəttah Hər cür çətinlikləri asanlaşdıran, yoxsulluqdan qurtaran.
  20.  Əl-Alim Hər şeyi ən kiçik nöqtəsinə qədər bilən, elmi əbədi və əzəli olan.
  21.  Əl-Kabid İstədiyinə yoxsulluq verən, sıxan, daraldan.
  22.  Əl-Basit İstədiyinə bolluq verən, açan, genişlədən.
  23.  Əl-Hafid Yuxarıdan aşağıya endirən, alçaldan.
  24.  Ər-Rafi Yuxarı qaldıran, yüksəldən.
  25.  Əl-Muiz İzzət verib qonaq kimi qəbul edən.
  26.  Əl-Muzil Danlayaraq zəif və dəyərsiz edən.
  27.  Əl-Səmi Hər şeyi eşidən.
  28.  Əl-Bəsir Hər şeyi görən.
  29.  Əl-Həkəm Hikmət sahibi olan, etdiyi hər işdə hikmətin olmasına nəzarət edən.
  30.  Əl-Ədl Həddindən çox ədalətli olan.
  31.  Əl-Lətif İşlərin bütün incəliklərini bilən.
  32.  Əl-Xabir Hər şeyin iç üzündən, gizli tərəfindən xəbərdar olan.
  33.  Əl-Həlim Yumşaq davranan, mülayim olan.
  34.  Əl-Əzim Çox əzəmətli və böyük olan.
  35.  Əl-Qafur Çox bağışlayan, əfvi çox olan.
  36.  Əl-Şəkur Öz razılığı üçün edilən yaxşı işləri yüksək dərəcədə mükafatlandıran.
  37.  Əl-Əliyy Çok uca. Çox yüksək olan
  38.  Əl-Kəbir Böyüklüyünün hüdudu olmayan.
  39.  Əl-Hafiz Edilən əməlləri bütün təfsilatıyla, ən kiçik xırdalığına kimi qeyd edən.
  40.  Əl-Mukit Yaradılmış hər şeyin qidasını verən.
  41.  Əl-Həsib Hər kəsin həyatı boyunca ettiyi əməlləri sorğulayan.
  42.  Əl-Cəlil Əzəmət və ululuk sahibi olan.
  43.  Əl-Kərim Çox bəxş edən. Kərəmi və əfvi bol olan.
  44.  Ər-Raqib Bütün varlıqlar üzərində gücü olan.
  45.  Əl-Mucib Dua edənlərin dualarını qəbul edən, istəklərini verən.
  46.  Əl-Vasi Lütfü bol olan.
  47.  Əl-Həkim Əmrləri, kəlamları və bütün işləri hikmətli olan.
  48.  Əl-Vədud Yaxşı qullarını sevən, sevilməyə və dostluğa haqqıyla layiq olan.
  49.  Əl-Məcid Şanı çox böyük və çox yüksək olan.
  50.  Əl-Bais Ölüləri dirildib qəbirlərdən çıxaran.
  51.  Əş-Şəhid Hər zaman və hər yerdə hazır və nazir olan.
  52.  El-Hakk Vacib'ul vücud olan, varlığı heç dəyişmədən duran.
  53.  Əl-Vəkil İşlərini ona əmanət edənlərin işini düzəldən və hər şeyin yaxşısını təmin edən.
  54.  Əl-Qaviyy Çox qüvvətli. Çox güçlü olan.
  55.  Əl-Mətin Çox sağlam olan.
  56.  Əl-Vəliyy Yaxşı qullarına, həqiqi möminlərə dost olan.
  57.  Əl-Həmid Hər cür həmd və tərifə layiq olan.
  58.  Əl-Mühsi İstisnasız hər şeyin tək tək sayını bilən.
  59.  Əl-Mübdi Bütün məxluqatı maddəsiz və nümunəsiz ilk başdan yaradan.
  60.  Əl-Muid Yaradaılmışları yox etdikdən sonra tekrar yaradan.
  61.  Əl-Muhyi Canlandıran, dirildən, can bağışlayan, sağlıq verən.
  62.  Əl-Mümit Ölümü yaradan, öldürən.
  63.  Əl-Həyy Diri, tam və mükəmməl mənasıyla həyat sahibi.
  64.  Əl-Qayyum Göyləri, yeri və hər şeyi tutan.
  65.  Əl-Vacid İstədiyini istədiyi vaxtda tapan.
  66.  Əl-Məcid Səxavəti böyük, kərəmi bol olan.
  67.  Əl-Vahid Tək olan.
  68.  Əs-Saməd Sığınacaq tək dayaq olan.
  69.  Əl-Qadir Hər şeyə gücü çatan, hər istədiyini etməyə qadir olan.
  70.  Əl-Muqtədir Qüvvət və qüdrət sahibləri üzərində istədiyi kimi qənaət edən.
  71.  Əl-Muqaddim İstədiyini irəli çəkib, önə alan.
  72.  Əl-Müəxxir İstədiyini geri atıb, arxada buraxan.
  73.  Əl-Əvvəl Başlanğıcı olmayan, ilk olan.
  74.  Əl-Axir Bitişi olmayan, son olan.
  75.  Əz-Zahir Açıqca bilinən, aşkar olan.
  76.  Əl-Batin Gizli olan.
  77.  Əl-Vali Hər şeyi tək başına idarə edən.
  78.  Əl-Mutəali Ağlın mümkün gördüyü hər şeydən, hər hal və münasibətdən azad olan.
  79.  Əl-Bərr Qullarına yaxşılığı və ehsanı, nemətləri bol olan.
  80.  Ət-Təvvab Tövbələri qəbul edən.
  81.  Əl-Muntəkim Günahkarları ədalətiylə cəzalandırıb intiqam alan.
  82.  Əl-Əfuv Əfvi və rəhməti çox olan, bağışlayan.
  83.  Ər-Rauf Qullarına rəhm edən, onları lütf və mərhəmətlə qoruyan.
  84.  Malikü’l-Mülk Mülkün əbədi sahibi olan.
  85.  Zü’l- Cəlal-i və’l-İkram Hər cür böyüklüyün, hər cür kərəmin sahibi olan.
  86.  Əl-Muqsit Bütün işləri bir-birinə uyğun edən.
  87.  Əl-Cami İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan.
  88.  Əl-Qaniyy Çox varlı olan.
  89.  Əl-Muğni İstədiyini zəngin edən.
  90.  Əl-Mani Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən, əngəlləyən.
  91.  Əd-Dar Dərd və zərər verəcək şeyləri yaradan, məyus edən.
  92.  Əl-Nafi Xeyir və mənfəət verəcək şeyləri yaradan.
  93.  Əl-Nur Aləmləri nurlandıran.
  94.  Əl-Hadi Hidayətə və doğru yola çatdıran.
  95.  Əl-Bədi Təkrarı olmayan, misilsiz, heyrətverici neçə-neçə aləmlər yaradan.
  96.  Əl-Baki Varlığının sonu olmayan, əbədi olan.
  97.  Əl-Varis Sərvətlərin həqiqi sahibi
  98.  Ər-Rəşid Bütün işləri əzəli niyyətinə uyğun bir nizam və hikmətlə sona qədər çatdıran.
  99.  Əs-Sabûr Çox səbirli olan.
  Copyright © Allahin99ismi.com

Akın KİŞİ - [email protected]